Avropa Məhkəməsi üç işlə bağlı qərar verdi

Avropa Məhkəməsi üç işlə bağlı qərar verdi
19 Aprel 2018
Mətni dəyiş

Bu gün Avropa Məhkəməsi Azərbaycanla bağlı 2 qərarını elan edib.

Bunu Facebook statusunda vəkil Fariz Namazlı yazıb. 1-ci iş Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlı verilən şikayətdir. Avropa Məhkəməsi Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasını, 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) maddə üzrə araşdırmağa ehtiyac olmadığını, həmçinin Hökümətin 34-cü maddə üzrə öhdəliklərini yerinə yetirmədiyini müəyyən etdi. 34-cü maddə üzrə pozuntu ona görə tanındı ki, İ. Əliyev 2014-cü ilin avqust ayında həbs edilərkən onun ofisində Baş prokurorluğun əməkdaşları Avropa məhkəməsində olan işlər üzrə sənədləri aparmışdır. Məhkəmə hər bir ərizəçiyə mənəvi zərərə görə 7500 avro, Ə. Hacıbəyliyə məhkəmə məsrəflərinə görə 2500 avro ödənilməsinə qərar verdi. 2-ci iş Anar Məmmədlinin 2013-cü ilin 16 dekabrında tutulması, barəsində həbs qətimkan tədbirinin seçilməsi, həmin müddətin uzadılmasına dairdir. Avropa Məhkəməsi Konvensiyanın 5.1 və 5.4-cü (azadlıq hüququ) maddələrinin, həmçinin 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozuntusunu tanıdı, 5.3-cü maddə üzrə şikayətin ayrıca araşdırılmasına ehtiyacın olmasını bildirdi. Məhkəmə mənəvi zərərə görə 20000 avro, məhkəmə məsrəflərinə görə 2500 avro kompensasiya müəyyən etdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun