ATƏT DTİHB-nin müşahidəçi missiyası Azərbaycanı tərk edir

ATƏT DTİHB-nin müşahidəçi missiyası Azərbaycanı tərk edir
20 Aprel 2018
Mətni dəyiş

ATƏT DTİHB-nin 11 aprel növbədənkənar prezident seçkilərində müşahidəçi missiyası bu həftənin sonunda ölkədəki işini başa vuracaq.

Bu barədə Turan-a missiyadan məlumat verilib.

Qeyd edək ki, öncə missiyanın aprelin 24-də yola düşəcəyi planlaşdırılmışdı.

İki aydan sonra ATƏT DTİHB Azərbaycanda seçkilərin monitorinqinin nəticələrinə dair yekun hesabatını açıqlayacaq və seçki praktikasının, qanunvericiliyin təkmilləşdirilməsi üzrə tövsiyələrini irəli sürəcək.

Aprelin 12-də missiya ilkin rəyini açıqlayıb. Sənəddə seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

Müşahidəçilərin rəyi hakimiyyətyönlü jurnalistlərin qəzəbinə səbəb olub və onlar mətbuat konfransında qalmaqal yaradıblar.

Azərbaycan XİN və MSK da kəskin bəyanatla çıxış ediblər.

Ancaq missiyanın tənqidi rəyi Avropa Şurası, Avropa İttifaqı və ABŞ Dövlət Departamenti rəhbərlikləri tərəfindən dəstəklənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun