ATƏT DTİHB müşahidə missiyasının köməkçisi istefa verdi

ATƏT DTİHB müşahidə missiyasının köməkçisi istefa verdi
13 Aprel 2018
Mətni dəyiş

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov tutduğu vəzifədən istefa verib.

V. Əhmədov bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, qurumu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv mövqe ortaya qoymaqda ittiham edib.

V. Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və Azərbaycana mənfi münasibət bəslədiyini söyləyib: "Stefan Kraus 2 aprel 2017-ci ildə Ermənistanda keçirilən seçkilərlə bağlı həmkarlarını təbrik edib. Sosial şəbəkədəki səhifələrində Heydər Əliyev və Heydər Əliyev Fonduna da mənfi münasibətini gizlətməyib. Hesabatlarında qeyd ediblər ki, ölkə rəsmiləri ilə görüş keçiriblər, ancaq ölkədə nə azad mətbuat, nə də azad, rəqabətli seçki mühiti var. Müşahidə missiyasının mətbuatla əlaqələrə məsul şəxsi də Azərbaycana mənfi münasibətini gizlətməyib. ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər". Baş vermiş hadisə heç nəyi dəyişməyəcək absurd hərəkətdən başqa bir şey deyil. Bununla Azərbaycan hakimiyyəti ATƏT Müçahidə Missiyasını gözdən salmağa çalışsa da, Missiyanın bütün demokratik dünyanın seçkilər haqqında verdiyi obyektiv rəyı heç bir halda kölgə sala biləməz. ATƏT-in Müşahidə Missiyası on illər ərzində formalaşmış və cilalanmış demokratiya standartlarına əsaslanan metodologiyaya uyğun rəy verir. Bu rəyin subyektiv amillərə əsaslanması haqqında danışmaq olduqca qeyri-ciddi münasibətin göstəricisidir. Bu istefanın arxasında hakimiyyətin durması heç bir şübhə döğurmur.Demokratik dünyadan ciddi zərbə almış hakimiyyət belə addımlarla özünü daha pis vəziyyətə sala biləcəyinin görünür, hələ də fərqində deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun