Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 məktəbli xəsarət alıb

Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 məktəbli xəsarət alıb
11 Mart 2018
Mətni dəyiş

Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

Onlar 2003-cü il təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

***

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun