Venesuelada həbsxanada qiyam və yanğın: 78 nəfər həyatını itirib

Venesuelanın Karabobo ştatında həbsxanada yanğın və qiyam baş verib.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 78 nəfər ölüb.

Bildirilir ki, ölənlərdən 68 nəfəri kişi, 10 nəfəri isə qadındır.

Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər.

Hadisənin səbəbləri barədə dəqiq məlumat verilmir. Şahidlər bildirib ki, öncə atəş səsləri gəlib, daha sonra isə yanğın başlayıb.

Bundan 5 il əvvəl, 2013-cü ildə Venesuelanın Lara ştatında həbsxanada baş vermiş qiyam nəticəsində 61 nəfər ölüb, 120 nəfər yaralanıb.