REAL Milli Şuranın mitinqində iştirak etməyəcək

REAL Milli Şuranın mitinqində iştirak etməyəcək
6 Mart 2018
Mətni dəyiş

REAL Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək.

Amma üzvlərinin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxır. Bu barədə REAL-ın kütləvi aksiyalarla bağlı mövqeyində deyilir.

Xatırladaq ki, Milli Şura aprelin 10-da Məhsul stadionunda keçirəcəyi mitinqdə iştirak etmək üçün növbədənkənar prezident seçkilərində iştirakdan imtina edən qurumlara, o cümlədən REAL-a müraciət edib.

RAEL bildirir ki, sərbəst toplaşmaq hüququ xalqın, vətəndaşların fundamental, konstitusiyada təsbit olunmuş hüquqlarından biridir.

"Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var.

REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verir, elə bu dəfə də cox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL təşklatı Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, amma üzvlərimizin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxacaq.

REAL xatırladır ki, digər siyasi məhdudiyyətlərlə yanaşı, prezidentliyə namizədi və İlham Əliyevin əsas rəqibi olan İlqar Məmmədovun qanunsuz şəkildə həbsdə saxlanıldığına və artıq ikinci dəfə Prezident seçkilərində iştirakına süni maneələr yaradıldığına görə bu seçkidə iştirakdan imtina edib.

"Bu səbəblə REAL legitimliyi şübhə doğuran bu seçkidə strateji məqsədlərimizlə üst-üstə düşən alternativ metodlardan istifadə edəcək və seçki nəticələrinin cəmiyyət tərəfindən qəbul olunmaması üçün ardıcıl addımlar atacaq. REAL təşkilatı olaraq bu seçkilərin öncəsi, seçki günü və seçkidən sonrakı proseslər haqqında həm ölkə, həm də beynəlxalq içtimayəti məlumatlandırmaq, həqiqətləri bəyan etmək üçün fəaliyyət planı qəbul edib, həyata keçirəcək", deyə REAL-ın şərhində deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun