Ölkənin əsas bayrağı bu il yerinə qoyulmaya bilər

Ölkənin əsas bayrağı bu il yerinə qoyulmaya bilər
28 Mart 2018
Mətni dəyiş

On aydır ki, Bakıdakı Bayraq Meydanında nəinki bayraq, heç onun dirəyi də yoxdur.

2017-ci ilin yayında bayrağın dirəyi söküləndə Dənizkənarı Bulvarın Xarici Əlaqələr İdarəsinin şöbə rəisi Nazim Məcidov bildirmişdi ki, bayraq və dirək bu konstruksiyanın yoxlanması üçün götürülüb. Ancaq o vaxtdan dirəyin bərpası ilə bağlı məlumat yoxdur.

N.Məcidov Turan-a bildirib ki, bayrağın nə zaman yerinə qaytarılacağını bilmir. "Dirək yerli mütəxəssislər tərəfindən yoxlanılır, işə xarici ekspertlər cəlb edilməyib. Təftişin nə zaman başa çatacağı məlum deyil. Komissiyanın rəyi hazır olmayana qədər dirəyin hansı hündürlükdə olacağı məlum deyil", - o bildirib.

"2007-ci ildən, tikinti anından ilk dəfədir ki, dirəyin mürəkkəb konstruksiyasının tam təftişi aparılır", - N.Məcidov qeyd edib. O deyib ki, dirəyin bu il yerinə qoyulub-qoyulmayacağı hələ məlum deyil.

Bayraq dirəyini dünyada bu cür tikinti ilə tanınan Trident Tech şirkəti inşa edib. Azərbaycanda ən böyük bayraq 2010-cu il sentyabrın 1-də qoyulub. Dirəyin hündürlüyü 162 metr, özülün diametri 3,2 metr, yuxarı hissəsinin diametri 1,09 metrdir. Uzunluğu 70 metr, çəkisi 300 kilqorama yaxındır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun