Narkoloji Mərkəzdə dəhşətli yanğın: 25 nəfər ölüb

Narkoloji Mərkəzdə dəhşətli yanğın: 25 nəfər ölüb
2 Mart 2018
Mətni dəyiş

Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib.

Abzas.net xəbər verir ki, hadisə nəticəsində 25 nəfər ölüb. Bu barədə Respublika Baş prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatında deyilir.

Bildirilir ki, korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 06:10-da başlayan yanğını 08:30-da söndürmək mümkün olub.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə, görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun