Nadejda Savchenko həbs olunub

Nadejda Savchenko həbs olunub
22 Mart 2018
Mətni dəyiş

Kiyevdə Ali Radanın deputatı, Ukraynanın Milli Qəhrəmanı Nadejda Savchenko  parlamentin içində həbs edilib və UTX-ə aparılıb.

Ukrayna mətbuatının məlumatına görə, Ali Rada onun deputat toxunulmazlığını götürərək həbsinə icazə verib.

Savchenko Vətənə xəyanətdə və parlamentə qarşı  “terror” hücumu planlaşdırmaqda ittiham edilir.

Martın 15-də baş prokuror Yuriy Lutsenko iddia edib ki, Savchenko parlamentin tavanını minaatanla dağıtmağı, sağ qalan deputatları isə silahla öldürməyi planlaşdırıb.

Savchenko terror hücumları planlaşdırması, Rusiyayla bağlı olması barədə deyilənləri təkzib edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun