Mart qırğınından 100 il ötür

Mart qırğınından 100 il ötür
31 Mart 2018
Mətni dəyiş

1918-ci il martın 30-dan aprelin 2-nə kimi Bakıda minlərlə insan qətlə yetirilib.

Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə yerli əhaliyə qarşı hücumların həyata keçirildiyi bildirilir.

Həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Shaumian isə bu hadisələri bolşeviklərlə millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi kimi təqdim etsə də, tarixçilər bu qətlləri "Daşnaksütyun" Partiyasının birləşmələri ilə Bakı kommunasının bolşevik rəhbərliyinin törətdiklərini yazır.

Hadisələr zamanı 50 minə yaxın insanın qətlə yetirildiyi bildirilir. Tarixi memarlıq abidələrinin, məscidlərin, məktəblərin məhv edildiyi qeyd olunur.

Hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb. 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib.

Sovet hakimiyyəti illərində qeyd olunmayan bu tarix, bir də Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra soyqırımı kimi dəyərləndirilərək qeyd olunmağa başlayıb.

Bu il bu hadisələrin 100 illiyi ilə bağlı bir sıra rəsmi və qeyri rəsmi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Dünən, martın 30-da ölkə parlamenti və Xarici İşlər Nazirliyi həmin qırğını pisləyən bəyanat yayıb. Milli Məclisin qəbul etdiyi sənətdə baş verənlər “Böyük Ermənistan” siyasətinin nəticəsi kimi dəyərləndirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun