Jurnalistlərin 7-ci qurultayı keçirilir

Jurnalistlərin 7-ci qurultayı keçirilir
10 Mart 2018
Mətni dəyiş

Bakıda Azərbaycan jurnalistlərinin 7-ci qurultayı keçirilir.

Abzas.net xəbər verir ki, qurultayda Mətbuat Şurası sədrinin və nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək. Daha sonra Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də qurultayın gündəmində olacaq. İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklif olunur.

Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Şuraya üzv gündəlik qəzetlər, informasiya agentlikləri 2, həftəlik, aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə təmsil olunurlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun