İsa Qəmbər Ankaradakı xəstəxananı tərk edib

İsa Qəmbər Ankaradakı xəstəxananı tərk edib
14 Mart 2018
Mətni dəyiş

Martın 14-də Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Türkiyənin paytaxtı Ankarada yerləşən xəstəxanadan çıxıb.

Partiyadan bildiriblər ki, İsa Qəmbər Ankarada müalicə olunduğu "Hacettepe" xəstəxanasını tərk edib.

İsa Qəmbərin sağlıq durumunun normal olduğunu və yaxın günlərdə Azərbaycana qayıdacağı bildirilib.

Yanvarın 13-də Bakıda ürəyində yaranan narahatlıqla bağlı xəstəxanaya yerləşdirilən və ürəyinə stend qoyulan İ.Qəmbər, daha sonra, fevralın 28-də müayinə, müalicə məqsədilə Türkiyəyə getmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun