İlham Əliyev Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətlərinin rəislərini "Vətənə xidmətə görə" ordeni ilə təltif edib

İlham Əliyev Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətlərinin rəislərini "Vətənə xidmətə görə" ordeni ilə təltif edib
26 Mart 2018
Mətni dəyiş

Prezident İlham Əliyev Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətlərinin  rəislərini "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

İlham Əliyev hər iki rəisin “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun