Həkimlərin maaşı da 10 faiz artdı

Həkimlərin maaşı da 10 faiz artdı
2 Mart 2018
Mətni dəyiş

Səhiyyə və sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqları artırılır.

Prezident İlham Əliyev martın 1-də bununla bağlı iki sərəncam imzalayıb.

Hər iki sərəncamın qeyd olunan müəssisələrdə çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıdığı bildirilir.

Sərəncamlara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat və səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 10 faiz artırılıb.

Artım qərarı martın 1-dən hesablanacaq.

Prezident İ.Əliyev dünən, fevralın 28-də isə təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarını yüksəltmişdi. O, bununla bağlı da iki sərəncam imzalamışdı.

Həmin sərəncamlara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) və elmi müəssisə və təşkilatlarda çalışan işçilərin maaşları martın 1-dən orta hesabla 10 faiz artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun