Geopolitik "asan xidmət" faktoru! - Xaliq Bahadır

Geopolitik "asan xidmət" faktoru! - Xaliq Bahadır
14 Mart 2018
Mətni dəyiş

Xaliq Bahadır

Yer üzü, daha doğrusu, Yerin bəlli bir üzü, "erməniləşmə" yolundadır. Çağımızda, gözümüzün önündə baş verən, ermənilərin törətdiyi Xocalı soyqırımını tanımayan, tanımaq istəməyən bəlli dünya olmayan, uydurulan "erməni genosidini" tanıya-tanıya gedir. Bugünlərdə o olmayan, uydurma "genosid" dünyanın ən demokratik ölkələrindən sayılan Niderlandda da tanındı. Dünyanı böyük sarsıntılara aparan o yalana yön verənlərdən biri də Vatikandır, Roma papasıdır. Papa yalana qarşı çıxmaq yerinə Türkiyəni də yalançı "genosidi" tanımağa çağırır. Bunlar dünyanın dinc, sağlıqlı gləcəyi baxımından olduqca acınacaqlı görsənişlərdir. Bir daha vurğulamaq gərəkir:: dünyanın bəlli bir bölümü açıq-açığına "erməniləşmə" yolundadır! Bugünlərdə qondarma "DQR"-in qondarma "prezidenti" Bako Saakyan ABŞ-da olub. ABŞ Konqresi separatçı bir rejimin başçısı olaraq tanınan Saakyana qucaq açıb. ABŞ Konqresi! Bizdə bu fakt "erməni lobbisinin işi" olaraq dəyərləndirilir. Çox yanlış yanaşmadır: separatçı rejim başçısı B.Saakyanı ABŞ-a aparan, ABŞ-da dövlət başçısı kimi ağırlayan errməni lobbisi deyil, Azərbaycan coğrafiyasında erməni dövləti yaradan dörd başlıca dövlətdən (İngiltərə, Rusiya, Fransa +ABŞ) biri olan Birləşmiş Ştatlar dövlətidir. 20-ci yüzilliyin başlanğıcında Azərbaycan-Türk coğrafiyasında erməni dövləti yaratmış bu dörd dövlət indi Vatikanın xeyir-duası ilə Azərbaycan coğrafiyasında ikinci erməni dövləti - "Böyük Ermənistan" yaratmaqdadır. Anqlosaks birliyi Rusiya ilə birgə bir də bu planı uğurla gerçəkləşdirmək üçün Əliyevlər hakimiyətinin daha 14 il (7+7) uzanmasını istəyir. Buna görə ABŞ hökuməti ötən prezident "seçkiləri" öncəsi olduğu kimi, bu "seçki" öncəsi də İ.Əliyevin yenidən (dördüncü yol!) prezident "seçilməsinə" kart-blanş verdi! İmperialist güclər yaxşı bilirlər: tutulmuş torpaqları yalnız Əliyevlərin əlilə erməniləşdirib "Ermənistanın" bir parçasına çevirə bilərlər. Bu planın asanlıqla ("asan xidmət") gerçəkləşdirilməsi üçün Əliyevlər hakimiyətini qoruyub saxlamaq gərəkir!!! Başlanğıcdan erməni separatizminin başında başlıca olaraq üç dövlət dayanıb: SSRİ (Rusiya), İngiltərə, ABŞ. Sözsüz, erməni separatizminin sponsor-dayaqlarından biri olaraq İran İslam Respublikasının da tutulmuş torpaqların erməniləşdirilməsi işində özümlü rolu olub, olmaqdadır. Biz bu gerçəkləri yetərincə bilib dəyərləndirməsək çox böyük uğursuzluğa uğrayacağımızı bəri başdan bilməliyik.

Erməni separatizminə, terrorizminə o başdan bu başa arxa duran, yardımçı olan baronessa Keralayn Koks "DQR"-ə son gəlişlərinin birində ermənilər qarşısındakı çıxışında demişdi: "Siz burada xristianlığı qoruma savaşı aparırsız" (28.09.2016). İngiltərə maliyə oliqarxiyasının qəzeti "Qardian" Əliyevlərin Avropa politiklərini satın almağa yönəlik 3 milyard dollarlıq rüşvət faktının üstünü açdı. Dünyada böyük bir qalmaqal yaşandı. İngiltərənin sözügedən rüşvət faktında rol almış dörd şirkətinə "cinayət işi" açılacağından, onların cəzalandırılacağından danışıldı. Bütün bu hay-küy nəylə başa çatdı: İ.Əliyev İngiltərə-ABŞ ortaq kompaniyası olan BP-i ilə 2050-ci ilədək bağlaşma bağlamalı oldu! Sonra da illərdən bəri Avropa politiklərinin satın alınmasında aparıcı rol oynayan S.Seyidov AŞ PA-nın vitse prezidenti oldu! Sonra - "seçki" sonrası - AŞ PA-dakı ingilis deputatlar, putinçi, ərdoğançı deputatların, bir də satın alınmış başqalarınin yardımıyla, Əliyevlər dönəmində dönə-dönə olduğu kimi, yenə saxta seçkiyə gerçək seçki statusu qazandıracaqlar...

ABŞ bilim adamı Con Habrs: "Ermənistan deyilən nəsnə, Antanta (İngiltərə, Fransa, Rusiya + ABŞ) öncüllüyündə Türklərə qarşı qurulmuş politik terror qurumudur. Ondan qabaqkı yüzilliklərdə erməni dövlətinin harada olduğunu, o dövlətin başında duranın kimliyini mənə deyən olsa, ona 1 milyon dollar verərəm". ABŞ bilim adamının bilmədiyini Türklüyü yenmək üçün ermənilərə arxa duran dövlətlər "bilir"!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun