"Forbes"-in siyahısında 15 yaşlı azərbaycanlı qız

"Forbes"-in siyahısında 15 yaşlı azərbaycanlı qız
27 Mart 2018
Mətni dəyiş

Azərbaycanlı şagirdin adı ilk dəfə “Forbes” jurnalının “30 yaşdan aşağı 30 nəfər” siyahısına daxil edilib.

Dünyada 30 yaşınadək nailiyyət qazanmış insanların adlarının yer aldığı siyahıda yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıcısı 15 yaşlı Reyhan Camalova da var.

ABŞ prezidenti Donald Trump-ın qızı və onun Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Trump Reyhan Camalovanın da iştirak etdiyi sammitdə çıxışında Azərbaycandan olan 15 yaşlı şagirdin nailiyyətini təqdirəlayiq hesab edib.

Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun