Ermənistanla Türkiyə arasında imzalanmış normallaşma protokolu ləğv edildi

Ermənistanla Türkiyə arasında imzalanmış normallaşma protokolu ləğv edildi
1 Mart 2018
Mətni dəyiş

Ermənistan prezidenti Serj Sarqsyan 2009-cu ildə Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib.

“CNNTurk” xəbər verir ki, o, bunu martın 1-də Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısında açıqlayıb.

S.Sarqsyan deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün imzalanan protokolların ləğv olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki, Ermənistan prezidenti 2010-cu ilin aprelin 22-də protokolların ratifikasiyası prosesinin dayandırlması barədə fərman imzalamışdı. Nəticədə sənədlərin ratifikasiyası dondurulmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun