DTX: "İnsan orqanı alveri ilə məşğul olan dəstə saxlanıb"

DTX: "İnsan orqanı alveri ilə məşğul olan dəstə saxlanıb"
15 Mart 2018
Mətni dəyiş

Azərbaycanda insan orqanı alveri ilə məşğul olan dəstə saxlanıb.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Bildirilir ki, vətəndaşlara qarşı müxtəlif cinayət əməlləri törədən, digər şəxslərlə, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

DTX-nın açıqlamasında həmin şəxsin Azərbaycan vətəndaşı Vahid Xudadatov olduğu bildirilir.

Qurumun məlumatına görə, onunla işbirliyində şübhəli bilinən şəxslər də istintaqa cəlb edilib. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun