Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq
9 Mart 2018
Mətni dəyiş

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi məlumat verib.

Məhdudlaşmanın qısa müddətlik tətbiq ediləcəyi bildirilir.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir", - deyə məlumatda vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun