Çempionlar Liqasının 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib

Çempionlar Liqasının 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib
16 Mart 2018
Mətni dəyiş

Martın 16-da futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. 

Abzas.net xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunan püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin  baş məşqçisi Andrei Shevchenko yardımçı olub.

Püşk nəticəsində aşağıdakı klublar bir-birinə rəqib olub:

"Barselona” (İspaniya) - "Roma” (İtaliya)

"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)

"Yuventus” (İtaliya) - "Real Madrid” (İspaniya)

"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)

İlk oyunlar adları birinci göstərilən komandaların meydanlarında aprelin 3-4-də, cavab görüşləri 10-11 apreldə təşkil olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun