BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib
9 Mart 2018
Mətni dəyiş

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) muxalifətin martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb və mitinqdə hər-hansı təxribata imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə etiraz olaraq Milli Şura və Müsavat Partiyası martın 10-da keçmiş “Məhsul” stadionunda birgə mitinq keçirmək qərarı veriblər.

Mitinq Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun