Britaniya, Fransa, Almaniya və ABŞ Rusiyaya qarşı birgə bəyanat qəbul ediblər

Britaniya, Fransa, Almaniya və ABŞ Rusiyaya qarşı birgə bəyanat qəbul ediblər
15 Mart 2018
Mətni dəyiş

Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar.

Britaniya mətbuatının məlumatına görə, bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır.

Qeyd olunub ki, hadisə nəticəsində bir polis əməkdaşı da zəhərlənib.

“Bu, açıq şəkildə beynəlxalq hüququn və Kimyəvi Silahlar Konvensiyasının pozulmasıdır. Biz Rusiyanı Solsberi hadisəsi ilə bağlı bütün sualları cavablandırmağa çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun