Beynəlxalq standartlara görə Azərbaycanda yoxsulluq 28 faizdir - Rövşən Ağayev

Beynəlxalq standartlara görə Azərbaycanda yoxsulluq 28 faizdir - Rövşən Ağayev
13 Mart 2018
Mətni dəyiş
Rövşən Ağayev

Dünya Bankı Cənubi Qafqazın 3 ölkəsində iqtisadi və sosial duruma aid qısa hesabat açıqlayıb. Sənəddə bir neçə maraqlı fakt var. Bank ekspertləri regionda yoxsulluğun ən aşağı səviyyəsinin Azərbaycanda olduğunu qeyd edirlər. Bu tamamilə normaldı - böyük neft gəlirləri Azərbaycanda daha yaxşı sosial-iqtisadi şərtləri təmin edib. Əsas diqqətçəkən məqam odur ki, Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin 9% ətrafında olduğunu qeyd edir ki, bu Azərbaycan hökumətinin rəsmi göstəricisindən (5.2%) kifayət qədər yüksəkdir. Lakin Bankın 9%-lik göstəricisi beynəlxalq yoxsulluq şkalası ilə gündəlik adambaşına 2 dollardan aşağı yaşayanları əhatə edir. Beynəlxalq yoxsulluq şkalası 5 dollar götürüldükdə Azərbaycanda yoxsulluq səviyyəsi 28.2%-ə çatır (Ermənistanda 71.7%, Gürcüstanda 69.3%). Hesabatda maraqlı olan hesablamalardan biri əyalətlərdə yoxsulluq səviyyəsinin daha yüksək olmasıdı (məsələn, Gəncə regionunda 17%). Halbuki hökumət bölgələr üzrə yoxsulluq səviyyəsini açıqlamır. Bank ekspertləri vurğulayır ki, devalvasiya və onun doğurduği qiymət artımı 2015-2016-cı illərdə milyonlarla insanı yoxsulluğa sürüklədi. Amma Azərbaycan hökumətinin rəsmi statikasında manatın kəskin devalvasiyasının doğurduğu nəticələr yoxsulluqla bağlı rəqəmlərdə öz əksini tapmayıb. Bank 3 ölkənin hər birində 1500 ev təsərrüfatı arasında keçirdiyi sorğuların nəticələrinə hesabatda yer ayırıb. "4 il öncə ilə müqayisədə ailəniz indi daha yaxşı yaşayır, ya əksinə" sulaına cavablar fərqli olub. Ermənilərin 66%-i, gürcülərin 57%-i, azərbaycanlıların 27%-i yaşayışlarının pisləşdiyini vurğulayıblar. Lakin 3 ölkə arasında bu suala "bilmirəm" cavabına görə ən yüksək faizi də biz toplamışıq - 16%.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun