Azərbaycanda beynəlxalq boks turniri ləğv edildi - Maliyyə çatışmazlığına görə

Azərbaycanda beynəlxalq boks turniri ləğv edildi - Maliyyə çatışmazlığına görə
9 Mart 2018
Mətni dəyiş

Azərbaycan Boks Federasiyası maddi problemlər səbəbilə "Böyük İpək yolu” Beynəlxalq Turnirini təşkil etməkdən imtina edib.

Kəmaləddin Heydərovun rəhbəri olduğu qurum hər il keçirilən, ənənəvi hal alan "Böyük İpək yolu” Beynəlxalq Turnirini bu il keçirə bilməyəcək. Rəhbərlikdən bu barədə milli komandanın üzvlərinə də məlumat verilib. Milli komandanın üzvü olan boksçuların saytımıza bildirdiyinə görə, onlara deyilib ki, bu il 10-cu dəfə keçirilməsi nəzərdə tutulan yarışdan imtina edilməsinə səbəb federasiyadakı maddi sıxıntılardır. Yarışın gələn il yenidən keçirilməsi isə sual altındadır. Bununla bağlı federasiyanın rəhbərliyinin də dəqiq məlumatı yoxdur. Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevlə əlaqə saxladıq. Qurum rəsmisi yarışın keçirilməməsi ilə bağlı xəbəri təsdiqləyib. Amma səbəbləri barədə dəqiq məlumat verməyib: "Bu il beynəlxalq federasiyada da dəyişiklik oldu. Ona görə bu il çox guman ki, "Böyük İpək yolu” Beynəlxalq Boks Turniri keçirilməyəcək”. 2009-cu ildən bəri hər il keçirilən "Böyük İpək yolu” Beynəlxalq Turnirinə 10-a yaxın ölkə və 100-dən çox idmançı qatılır. Turnir hər il mart ayında təşkil olunur. Onu da bildirək ki, Boks Federasiyasının prezidenti Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovundur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun