Avstraliya da rusiyalı diplomatları qovan ölkələrin siyahısına qoşuldu

Avstraliya da rusiyalı diplomatları qovan ölkələrin siyahısına qoşuldu
27 Mart 2018
Mətni dəyiş

Avstraliya rusiyalı diplomatları qovan ölkələrin cərgəsinə qoşulub. Bir gün öncə bəzi ölkələr Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq rusiyalı diplomatları ərazilərindən çıxardıqlarını açıqlayıblar.

London keçmiş casus Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsinə görə məsuliyyəti Moskvanın üzərinə qoyub.

Rusiya isə Skripal və qızının zəhərlənməsinə aidiyyatı olmadığını bildirir, diplomatlarını qovan ölkələrə cavab veriləcəyini bildirir.

ABC News xəbər verir ki, Avstraliyanın baş naziri Malcolm Turnbull Britaniya və digər ölkələrlə həmrəylik nümayişi olaraq iki rusiyalı diplomatın ölkədən çıxarılacağını bildirib. Bəyanatda bu diplomatların Rusiya kəşfiyyatının əməkdaşları olduğu qeyd olunur. Ölkəni tərk etməyə onlara bir həftə vaxt verilib.

Martın 26-da ABŞ, Kanada, Ukrayna və Avropa ölkələri 100-dən çox rusiyalı diplomatın geri göndərilməsi barədə qərar qəbul ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun