ATƏT DTİHB Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək

ATƏT DTİHB Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək
3 Mart 2018
Mətni dəyiş

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək barədə qərar verib.

Bu barədə ATƏT-in rəsmi saytı məlumat verib.

Fevral ayından Azərbaycanda səfərdə olan ATƏT DTİHB-nun ehtiyacların qiymətləndirmə missiyası yekun hesabatını açıqlayıb və Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı tövsiyə verib.

Hesabatda ölkədə seçki prosesini izləmək üçün 30 uzunmüddətli, səsvermə gününü izləmək üçün isə 280 müşahidəçinin göndərilməsi təklif olunub.

Bildirilir ki, DTİHB standart metodologiya ilə yanaşı seçki müşahidə missiyasına media monitorinqi də əlavə edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun