ATƏT DTİHB Azərbaycanda prezident seçkiləri ilə bağlı vakansiyalar elan edib

ATƏT DTİHB Azərbaycanda prezident seçkiləri ilə bağlı vakansiyalar elan edib
3 Mart 2018
Mətni dəyiş

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək missiyası yerli işçilər üçün vakansiyalar elan edib.

Bu barədə ATƏT-in saytında məlumat verilib. Bildirilib ki, ümumilikdə 60 yer üzrə vakansiya elan edilib.

Vakansiyalar əsasən inzibati, proqram, regionlar üzrə müşahidəçilərə, ATƏT-in missiyasına yerli dəstək üçün nəzərdə tutulub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasını göndərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun