Artur Rasizadədən anlaşılmaz hesabat - Qubad İbadoğlu

Artur Rasizadədən anlaşılmaz hesabat - Qubad İbadoğlu
17 Mart 2018
Mətni dəyiş
Qubad İbadoğlu Bu gün baş nazir parlamentdə hesabat verdi. Amma hesabat ilinin 2017-ci il əhatə etməsinə baxmayaraq müqayisələr son 14 iln üzərində qurulmuşdu. Elə bil ki, baş nazir sonuncu hesabatını verirdi. Hesabatın leytmotivini korrupsiya hesabına yaradılmış infrastruktur təşkil edirdi. Bu da sovet dövründə kommunist partiyasının plenunlarında partiya rəhbərlərinin təssərrüfat fəaliyyətinin nəticələrinə həsr olunmuş çıxışını xatırladırdı. Hesabatda movcud infratsurkturun rəsmi statistik məlumatlarla xarakteriskası verilməklə ölkə iqtisadiyyatının daha çox kəmiyyət qiymətləndirilməsi aparılıb. Ona görə də yeni hesabatdan təzə nə isə eşitmək mümkün deyildir. Çünki, elə bil ki, baş nazır deyil, Dövlət Statisktika Komitəsinin sədri hesabat verirdi. Əslində bu hesabat ötən ilin yekunlarına həsr olunmalı, sosial-iqtisadi nəticələrin bazasında keyfiyyət xarakterli qiymətləndirməni əks etdirməli, cari il üçün yeni planlar açıqlanmalı, hökümətin əhaliyə, biznesə mesajları səsləndirilməli idi. Təəssüf ki, baş nazir ölkədə 2 il davam edən ikirəqəmli inflyasiya problemindən, bank sektorunun acınacaqlı vəziyyətindən, kredit qoyuluşunun azalmasından, problemli kreditlərin artmasından, Beynəlxalq Bankın borclarından, neft gəlirlərinin səmərəsiz xərclənməsindən, işsizlikdən, yoxsulluqdan, regional disproporsiyasından, miqrasiyadan, təhsilin və səhiyyənin keyfiyyətindən heç nə danışmadı. Odur ki, bu hesabatı sıradan olan və sadəcə bizdə də baş nazir var, hökümət işləyir görüntüsü yaratmaq üçün şou kimi dəyərləndirirəm. Gözlənildiyi kimi, Milli Məclisin üzvləri də baş nazirin hesabatını adekvat münasibət sərgiləmədi, yetərincə tənqidi fikirlər səsləndirilmədi və hesabatın əleyhinə çıxışlar müşahidə olunmadı. Sonuncu hesabatın mübarək olsun, cənab baş nazir!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun