545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

“İndiyə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”, – deyə, Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, beynəlxalq müşahidəçilərin qeydiyyatı prosesi davam edir:

“Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 53 min nəfəri ötüb”.