Tillerson Venesuelanı hədələdi

Tillerson Venesuelanı hədələdi
2 Fevral 2018
Mətni dəyiş
ABŞ-ın xarici işlər naziri Reks Tillerson Cənubi Amerikanın 5 ölkəsinə səfər edəcək.

Tillerson səfərdən əvvəl Texas universitetində çıxış edib.

ABŞ dövlət katibi çıxışında qeyd edib ki, Tramp administrasiyası Venesuelada bir rejim dəyişikliyi təklif etmir. Amma Maduro öz istəyi ilə hakimiyyəti tərk etməlidir. Bu, ən asan yoldur.

Venesuelada hər hansı bir formada dəyişiklik olacağını təxmin etdiyini söyləyən Tillerson, ABŞ-ın bu dəyişikliyin sülh yolu ilə olmasını istədiyini qeyd edib: "Biz rejim dəyişikliyi ya da prezidentin devrilməsini təklif etmədik. Biz Venesuelanın yenidən konstitusiyaya uyğun davranmasını təklif etdik". Tillerson ölkə daxilində bir inqilab olacağına işarə edib: "İşlər ordunun artıq hökumətin vətəndaşlara xidmət edə bilmədiyinə qərar verəcəyi qədər pis getdiyi nöqtədə ordu dəyişiklik edə bilər. Bu, Venesuelada baş verib verə bilməz, bunu bilmirəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun