Şimali Koreya "raket texnologiyasını əldə etmək üçün Berlin səfirliyindən istifadə edib"

Şimali Koreya "raket texnologiyasını əldə etmək üçün Berlin səfirliyindən istifadə edib"
5 Fevral 2018
Mətni dəyiş

Şimali Koreya özünün nüvə və raket proqramları üçün texnologiyanı Berlindəki səfirliyi vasitəsilə əldə edib, Almaniya kəşfiyyatının rəhbəri bildirib.

Hans-Georg Maassen NDR TV şirkətinə deyib ki, bu fəaliyyətin böyük hissəsinin qarşısı alınıb, lakin qalan hissəsi üzə çıxarılmayıb.

Hans-Georg Maassen məhz hansı növ texnologiyadan söhbət getdiyini xırdalamayıb, lakin deyib ki, həmin texnologiya mülki və hərbi məqsədlər üçün istifadə edilə bilər.

Şimali Koreya öz ballistik raket gücünü və nüvə silahını beynəlxalq sanksiayalara baxmayaraq inkişaf etdirməkdə davam edir.

BMT cümə günü hesabatında bildirib ki, qadağan olunmuş məhsullarını, o cümlədən, Çin, Rusiya və Malayziyaya ixrac etməklə Şimali Koreya ötən il $200 milyon qazanıb.

Bazar ertəsi yayımlanacaq müsahibəsində Maassen bildirib ki, Almaniya kəşfiyyatının məlumatına görə, Şimali Koreya Berlindəki səfirliyi vasitəsilə öz raket və nüvə proqramları üçün təchizat əldə etmək istiqamətində fəaliyyət göstərib.

"Biz bunun qarşısını almağa çalışırıq. Lakin biz deyə bilmərik ki, bu cür faəliyyətin qarşısı tamamilə alənıb", - Maassen vurğulayıb.

Şimali Koreya Hans-Georg Maassen-in dediklərini hələlik şərh etməyib.

Almaniyanın ARD yayım şirkətinin ayrıca apardığı tədqiqatda isə bildirilib ki, Almaniya kəşfiyyatı Şimali Koreyanın texnologiya və avadanlıq əldə etmək məqsədilə göstərdiyi səyləri ilk dəfə olaraq 2016 və 2017-ci illərdə qeydə alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun