Praqada kürd lideri həbs edilib

Praqada kürd lideri həbs edilib
25 Fevral 2018
Mətni dəyiş

Türkiyənin terrorçu saydığı kürd liderin fevralın 24-də Çexiyada saxlandığı deyilir.

Salim Müslim əvvəllər PYD-nin (Demokratik Birlik Partiyasının) sədri olub.

O, ötən il istefa versə də, Suriyanın şimalındakı kürdlər arasında böyük nüfuza malikdir.

Türkiyə Daxili İşlər Nazirliyi ötən ay onu "ən təhlükəli terrorçular" siyahısına salıb.

Salih Muslimin Türkiyənin istəyilə İnterpolun oderi əsasında saxlandığı deyilir.

"Əl-Cəzirə" xəbər verir ki, Salih Muslimin saxlanmasını PYD-də də təsdiqləyiblər.

Amma onun Türkiyəyə verilib-verilməyəcəyinin bilinmədiyini deyiblər.

Çexiya mətbuatının yazdığına görə, yerli polisin sözçüsü Andrea Zoulova Twitter-də yazıb ki, "Türkiyənin istəyilə ilə İnterpol tərəfindən axtarılan şəxs saxlanıb, lazımi prosedurlardan sonra o, polis bölməsindəki kameraya yerləşdirilib".

Amma sözçü saxlananın adını açıqlamayıb.

Anadolu agentliyi yazır ki, Çexiya tərəfi Türkiyədən Salih Müslimlə bağlı sənədlər istəyib.

Türkiyə PYD-ni terrorçu təşkilat sayır.

Hazırda Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyat keçirir və Türkiyə sərhədinə yaxın bölgələri kürd yaraqlılarından təmizləməyi hədəfləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun