Paris hücumunda şübhəlinin məhkəməsi başlanır

Paris hücumunda şübhəlinin məhkəməsi başlanır
5 Fevral 2018
Mətni dəyiş

2015-ci ildə Parisdə törədilmiş hücumda əsas şübhəlinin məhkəməsi başlanır.

Məhkəmə fevralın 5-də şübhəli Salah Abdeslam-ın doğma Brüssel şəhərində start götürüb.

O, məhkəmədə sualları cavablandırmayacağını deyib, hakim ittihamnaməni oxuyanda ayağa durmaqdan imtina edib.

Abdeslam saxlanandan bəri ictimaiyyət arasında ilk dəfə görünür. 2015-ci il noyabrın 3-də Parisdə Bataclan konsert zalında, yaxınlıqdakı bar, restoranlarda və stadionda törədilən hücumlarda 130 nəfər öldürülmüşdü. Polis əsas şübhəlini dörd aylıq beynəlxalq axtarışlardan sonra ələ keçirib.

Hücuma görə məsuliyyəti İslam dövləti (İŞİD) ekstremist qrupu üzərinə götürüb. 2016-cı ilin martında Brüsseldə 32 nəfərin ölümüylə sonuclanmış hücuma görə də İŞİD məsuliyyət daşıdığını bildirib.

Bu məhkəmə prosesində Abdeslam və onunla birlikdə təqsirləndirilən tunisli Sofien Ayari 40 ilədək həbsə məhkum edilə bilərlər. Onlar 2016-cı ilin martında Brüsseldə yaxınlığında reyd keçirən polisə atəş açmaqda ittiham olunurlar.

Abdeslam Paris hücumuyla bağlı gələn il Fransada mühakimə olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun