Oqtay Əsədov və deputatlar Rusiyaya gedir

Oqtay Əsədov və deputatlar Rusiyaya gedir
6 Fevral 2018
Mətni dəyiş

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 6-dan 7-dək Rusiya Federasiyasının paytaxtı Moskvada səfərdə olacaq.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildirlər.

Parlament nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə Rusiya Federasiyası Dövlət Dumasında keçiriləcək tədbirdə iştirak edəcək. Yığıncağa Dövlət Dumasının rəhbərliyi və deputatlar qatılacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun