Oktay Əsədov: “Böyük əfv sərəncamı veriləcək”

Fevralın 23-də Milli Məclisin plenar iclası keçirilib.

Abzas.net xəbər verir ki, iclasda spiker Oktay Əsədov yaxın zamanlarda böyük həcmli əfv sərəncamının veriləcəyini bildirib

Spiker bunun prezidentin səlahiyyətində olduğunu bildirib:

“Hal-hazırda bununla əlaqədar çox ciddi işlər aparılır. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir. Lakin deyə bilərəm ki, yaxın zamanlarda böyük əfv sərəncamı gözlənilir”.