Niderland səfiri Türkiyə XİN-ə çağırılıb

Niderland səfiri Türkiyə XİN-ə çağırılıb
23 Fevral 2018
Mətni dəyiş

Fevralın 23-də Niderlandın Türkiyədəki baş diplomatı Xarici İşlər Nazirliyinə çağırılıb.

Bir gün öncə Niderlandda deputatlar ermənilərin Osmanlı imperiyası dövründə kütləvi öldürülməsini “soyqırımı” kimi tanıyan qətnamə qəbul edib.

Niderlandın Ankaradakı müvəqqəti işlər vəkili Erik Weststrate son bir həftədə artıq ikinci dəfədir çağrılır. Ötən həftə Niderland parlamentarilərinin belə bir planı açıqlananda o, nazirliyə çağırılmışdı.

Türkiyə qətnaməni “kəskinliklə” pisləyib, onun “hüquqi qüvvə və etibar”ının olmadığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun