NİDA Vətəndaş Hərəkatının 7 yaşı tamam oldu [foto]

NİDA Vətəndaş Hərəkatının 7 yaşı tamam oldu [foto]
5 Fevral 2018
Mətni dəyiş

Bu gün, fevralın 4-ü NİDA Vətəndaş Hərəkatının 7 yaşı tamam olur.

Abzas.net xəbər verir ki, Hərəkat bu münasibətlə təbdir keçirib. Tədbirdə ictimaiyyət nümayəndələri, siyasətçilər, jurnalistlər, siyasi məhbus ailələri və nidaçılar iştirak edib.

Tədbirdə NİDA yeni çap etdiyi Cheslav Milosh-un "Kölə edilmiş ağıl" kitabını təqdim edib.

Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə Milli Şura sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzi (MSDM) sədri İsa Qəmbər, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev, tanınmış publisist Xaliq Bahadır, köşə yazarı Elnur Astanbəyli,  yazıçı Zümrüd Yağmur,  vəkil Samirə Ağayeva, "REAL" Hərəkatının üzvü Natiq Cəfərli, Milli Şuranın Koordiyasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev,  AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn, NİDA idarə heyətinin üzvlərindən Məsud Əsgər, Rəhman Məmmədli və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd edildi ki, NİDA təşkilatı hakimiyyətinin total repressiyası ilə üzləşməsinə rəğmən ölkədə gənclərin azadlıq uğrunda mübarizəsinin simvoluna çevrilib. 2013-cü ildən başlayaraq onlarla nidaçı gənc həbs olunub.

Onlardan Qiyas İbrahim, Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Əfqan Muxtarlı bu gün də həbsdədirlər. Ötən illərdə onlarla gənclər təşkilatı yaradılsa da, yalnız NİDA özünü təsdiq edə, cəmiyyətin böyük rəğbətini qazana bilib. Nidaçı gənclərin tədbirləri özünəməxsusluğu ilə seçilib, xüsusən “Əsgər ölümlərinə son” şüarı altında keçirilən aksiyalar hakimiyyətin orduya diqqət yetirməsinə, əsgər ölümlərinin sayının azalmasına səbəb olub.

Tədbirdə həmçinin NİDA-nın çap etdirdiyi növbəti kitabın təqdimatı keçirildi.

Çıxışlardan sonra NİDA-nın himni oxunub, xatirə şəkilləri çəkilib və nidaçı siyasi məhbusların adları yazılmış tort  kəsilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun