"MTN işi": Prokuror generallara və digər əməkdaşlara 7-16 il həbs istədi

"MTN işi":  Prokuror generallara və digər əməkdaşlara 7-16 il həbs istədi
22 Fevral 2018
Mətni dəyiş

Fevralın 22-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının və digər əməkdaşlarının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Abzas.net xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı şəraitdə keçirilib. İclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror general Sübahir Qurbanovun 16 il, general Teymur Quliyevin 16 il, general Natavan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Bundan əlavə dövlət ittihamçısı qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyevin 15, Zaur Məmmədovun 14, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə iclası martın 1-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun