Milli məclisin plenar iclasının gündəliyi açıqlanıb

Milli məclisin plenar iclasının gündəliyi açıqlanıb
7 Fevral 2018
Mətni dəyiş

Fevralın 13-də Milli Məclisin plenar iclası keçiriləcək.

Həmin iclasın gündəliyinə salınan məsələlər barədə açıqlama verilib.

Belə ki, gündəlikdə “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi, “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Elektroenergetika haqqında qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Qaz təchizatı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi, Azərbaycanla bəzi ölkələr arasında imzalanmış sazişlərin ratifikasiyası haqqında qanun layihələri, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi və s. məsələlər salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun