"Metallica" qrupu "Polar Music Award" mükafatına layiq görülüb

"Metallica" qrupu "Polar Music Award" mükafatına layiq görülüb
14 Fevral 2018
Mətni dəyiş

"Metallica" qrupu musiqi üzrə Nobel mükafatı adlanan nüfuzlu "Polar Music Award" beynəlxalq mükafatına layiq görülüb. 

Bu barədə BBC məlumat verib.

Mükafatlandırma mərasimi bu il iyunun 14-də Stokholmda keçiriləcək. Tədbirdə İsveç kral ailəsinin üzvləri iştirak edəcəklər.

"Metallica" bu mükafatı qazanan ilk metal-qrupdur.

Mükafata həmçinin Əfqanıstan Milli Musiqi İnstitutu və onun qurucusu Ahmad Sarmast layiq görülüb. Daha əvvəlki qaliblər arasında Paul Mccartney, Chuck Berry, B.B.King kimi simalar da var.

Mükafat ABBA qrupunun meneceri Stig Anderson tərəfindən 1989-cu ildə yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun