Hafiz Hacıyevin Aslan İsmayılova qarşı iddiası əsasında məhkəmə başlayıb

Hafiz Hacıyevin Aslan İsmayılova qarşı iddiası əsasında məhkəmə başlayıb
1 Fevral 2018
Mətni dəyiş

Bu gün Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başlayıb.

"Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, müraciətində bildirib ki, A.İsmayılov onun şərəf və ləyaqətini alçaldıb və buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. A.İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun