Deputat: “Kimsəsiz şəxslər vəfat etdikdən sonra orqanlarının götürülməsi məsələsi müzakirə olunmalıdır”

Deputat: “Kimsəsiz şəxslər vəfat etdikdən sonra orqanlarının götürülməsi məsələsi müzakirə olunmalıdır”
9 Fevral 2018
Mətni dəyiş

“Meyitdən orqan köçürülməsi üçün hüquqi baza yaradılmalıdır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitənin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev İnsan orqan və (və ya) toxumalarının transplantasiyası ilə bağlı reyesterin yaradılmasının vacibliyini vurğulayıb: “Milli koordinasiya mərkəzi yaradılmalıdır. Yəni kimə, nə zaman orqanlar köçürülməlidir, müzakirə olunmalıdır. Qanunda müəyyən müddəalar yazıla bilər, amma cəmiyyət qəbul etməyəcəksə, bunun əhəmiyyəti olmayacaq. Kimsəsiz şəxslər vəfat etdikdən sonra orqanlarının götürülməsi məsələsi müzakirə olunmalıdır. Vacib məsələlərdən biri də konfidensiallığın qorunmasıdır. Bəzi insanlar istəmir ki, bu, açıqlasın. Bəzən olur ki, hansısa insan orqanını kiməsə verir, sonra həmin insanın orqanlarında problemlər yaranırsa, ona müəyyən güzəştlər tanınmalıdır”.

Deputat Səhiyyə komitəsinin tərkibində işçi qrupun yaradılmasını təklif edib: “Ya yeni qanun hazırlanmalıdır, ya mövcud qanun təkmilləşdirilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun