Deputat: "Başqa ölkələrin vətəndaşları Azərbaycanda hərbi xidmətə cəlb edilir"

Deputat: "Başqa ölkələrin vətəndaşları Azərbaycanda hərbi xidmətə cəlb edilir"
1 Fevral 2018
Mətni dəyiş

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda başqa ölkə vətəndaşının hərbi xidmətə cəlb edilməsi iddiası qaldırılıb və bunun araşdırılması istənilib.

Bu iddia ilə deputat Aqil Abbas çıxış edib.

O, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidən bu məsələnin araşdırılmasını xahiş edib.

Deputat qeyd edib ki, Gürcüstan vətəndaşı olan və Azərbaycanda yaşayan, hərbi xidmət yaşı çatmış gənclər burada əsgərliyə aparılır, müddətli hərbi xidmətə cəlb edilir: “Bu, ciddi məslədir və araşdırılması lazımdır. Mən demirəm ki, Gürcüstanda yaşayan azərbaycanlıları gətirib vətəndaş edək, xeyr. Amma bunun bir çarəsinə baxılmalıdır”.

Əli Hüseynli deputata cavab olaraq bildirib k, belə bir faktın olması barədə eşitməyib: “Mən inanmıram ki, başqa bir ölkənin vətəndaşı Azərbaycanda hərbi xidmətə cəlb edilsin. Bu, ciddi iddiadır. Bütün hallarda biz bunu araşdıracağıq, araşdırdıqdan sonra cavab verəcəyik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun