Dağıstanda kilsəyə silahlı hücum: 5 nəfər ölüb, 5 nəfər yaralanıb

Dağıstanda kilsəyə silahlı hücum: 5 nəfər ölüb, 5 nəfər yaralanıb
19 Fevral 2018
Mətni dəyiş

Fevralın 18-də Dağıstanda kilsəyə silahlı hücum olub.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisəni törədən şəxs Kizlyar şəhərində axşam saatlarında xristian kilsəsi qarşısında ov tüfəngindən adamlara atəş açıb.

Məlumata görə, silahlı insident nəticəsində 5 nəfər ölüb. Ölənlərin 5-də qadındır. Daha 5 nəfərin yaralandığı bildirilir. Onların içində polis də var.

Hücüm edən şəxsin kimliyi müəəyənləşdirilib. Bu 22 yaşlı Dağıstan sakini Xəlil Xəlilov olub. O, hadisəni törətdikdən sonra, yerindəcə öldürülüb.

Özünü İslam Dövləti (İŞİD) adlandıran silahlı qruplaşma hücuma görə məsuliyəti öz üzərinə götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun