CAR prezidenti Jacob Zuma istefa verib

CAR prezidenti Jacob Zuma istefa verib
15 Fevral 2018
Mətni dəyiş

Cənubi Afrika Respublikasının prezidenti Jacob Zuma istefa verib.

Abzas.net xarici mətbuata istinadən xəbər verir ki, Zuma partiyanın qərarına əməl etdiyini bildirib.

Jacob Zuma televiziya vasitəsilə xalqa müraciət edərək bildirib ki, ona qarşı irəli sürülən ittihamların heç biri ilə razı deyil:

“Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram”.

CAR-da prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Cyril Ramaphosa icra edəcək.

Fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Jacob Zuma-ya postunu tərk etmək üçün 48 saat vaxt vermişdi.

2014-cü ildən başlayaraq Zuma dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunmağa başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun