Bölgələr üzrə 9-cu sinfin buraxılış imtahanlarının I mərhələsinin qrafiki açıqlanıb

Bölgələr üzrə 9-cu sinfin buraxılış imtahanlarının I mərhələsinin qrafiki açıqlanıb
26 Fevral 2018
Mətni dəyiş

Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi 2018 ci il 04, 11, 18 mart tarixlərində keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat verib.

Bildirilir ki, imtahanlar aşağıdakı qrafikə uyğun keçiriləcək.

Tarix   Şəhər (rayon)
04.03.2018 Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası
11.03.2018 Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir,  Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
18.03.2018 Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı
 

Qeyd olunub ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər.

Bundan əlavə, Heydər Əliyev adına Hərbi Lisey və  C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4‑də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün martın 18-də keçiriləcək.

4 mart 2018-ci il tarixində keçiriləcək imtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun