Bayıl yamacında sürüşmə baş verib

Bayıl yamacında sürüşmə baş verib
10 Fevral 2018
Mətni dəyiş

“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir:

“Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildikdən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun