Bakıda 16 marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib [xəritə]

Bakıda 16 marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib [xəritə]
23 Fevral 2018
Mətni dəyiş

Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat verib.

Məlumatda bildirilir ki, fevralın 24-dən etibarən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.

Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun