"Azneftmaş"da partlayış-yanğın olub

"Azneftmaş"da partlayış-yanğın olub
26 Fevral 2018
Mətni dəyiş

Bu gün, fevralın 26-da Mingəçevir şəhərindəki "Azneftmaş" Açıq Səhmdar Cəmiyyətində (ASC) partlayış olduğu bildirilir.

Günorta saatlarında qeydə alınan hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilovun müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı deyilir. Yaralıların Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mingəçevir şəhərində fəaliyyət göstərən “Azneftmaş” ASC-də əsasən, neft və qaz mədənlərinin istismarında istifadə olunan avadanlıqların istehsal edildiyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun