Azərbaycanın  çirkli pullarının yuyulduğu bank bağlanır

Azərbaycanın  çirkli pullarının yuyulduğu bank bağlanır
25 Fevral 2018
Mətni dəyiş

Depozitlər baxımından üçüncü ən böyük Latviya bankı - ABLV - Avropa Mərkəzi Bankının qərarı ilə ləğv ediləcək.

Bank əsasən MDB ölkәlәrindәn olan müştərilərə xidmət göstәrir.

Bankın kapital axınına və likvidlik göstəricilərinin pisləşməsinə görə ABLV bankı borcların və götürdüyü öhdəliklərin öhdəsindən gələ bilməyəcək vә ləğv ediləcək.

Eyni zamanda, ABLV bankı 24 fevral şənbə gecəsi Latviya tənzimləyicisinin (Maliyyə və Sərbəst Marketinq Komissiyasının) ödənişlərin mümkünsüzlüyü barədə qərarına istinad edən bir bəyanat yayımlayıb.

Bu qərarı bank rәhbәrliyi siyasi adlandırıb. ABLV-nin bəyanatında deyilir ki, bank bütün tənzimləyici tələblərini yerinə yetirib və 1,36 milyard avro toplayıb ki, bu da əmanətlərin 86 faizini təmin etmək üçün kifayətdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun